"Yaxın gələcəkdə çimərliklər açılacaq" - Eldar Əzizov

img

18-05-2020 [17:10]


"Bu gün Bakıda ərzaq qıtlığı yoxdur. Bu da aparılan qabaqcıl tədbirlərin nəticəsidir".

Mia.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünki brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayı ilə müqayisədə yoluxma sayı qənaətbəxşdir.

O bildirib ki, Bakıda küçələr xüsusi maddələrlə yuyulur. 

Eldar Əzizov daha sonra sakinləri maska taxmağa çağırıb.

E. Əzizov deyib ki, yaxın gələcəkdə çimərliklərin açılması nəzərdə tutulub: “Ancaq çimərliklərdə də sosial məsafə və digər tələblərə riayət etmək lazımldır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA