İcra başçısının müavini şikayətçini pəncərədən aşağı atdı: "Qaçıb DTX-nin yerli şöbəsinə sığındım..." – Rəsmi reaksiya + VİDEO
18-05-2020 [16:36]
Sosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun prezidentə videomüraciəti yayılıb. Həmin şəxs mayın 14-də Goranboy rayon icra hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən aşağı atıldığını bildirir.
Mia.az-ın Virtualaz.org-a istinadla məlumatına görə, Goranboy sakini deyir ki, o prezidentin Azərbaycanda ictimai nəzarətin zəif olması barədə çıxışınızdan ruhlanaraq Goranboy rayonunda baş verən qanunsuzluqlarla bağlı faktları ictimailəşdirib. Amma bunun əvəzində rayon İcra Hakimiyyətində döyülüb.
Arzu Verdiyev hadisəni belə nəql edir: “Dünən başçının qəbul günü idi. Mən də qərara aldım ki, Musayev Eldarla (yerli sakin) başçının qəbuluna gedim. İcra başçısının qəbuluna yaxınlaşdım, orada xeyli adam vardı, təxminən 40-50 nəfər. İcra başçısının birinci müavini Ceyhun Həsənov o boyda əhalinin içərisindən bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Məni orada kobud rəftara məruz qoydu, söyüşlər yağdırdı, nalayiq ifadələrlə danışdı, məni döydü, başımı pəncərəyə, divara vurdu. Sonra götürüb pəncərədən aşağı atdı. Bunun nəticəsi olaraq mənim əlimdə, başımda kəsiklər əmələ gəldi, yerdə məni qan aparırdı. İcra Hakimiyyətinin iki sürücüsü, deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur, mənə bu vəziyyətdə yardım etmək əvəzinə söydülər, təhqir elədilər. Yenidən pəncərədən içəri ataraq hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar…”.
Onunla birlikdə torpaq və örüş yeri məsələsi ilə bağlı şikayətini çatdırmaq üçün qəbula gedən Eldar adlı yaşlı şəxs də videomüraciətdə təsdiq edir ki, icra başçısının müavini C.Həsənov A.Verdiyevin qolundan tutaraq içəri salıb. Onun özünün isə “arxasından təpiklə vurub”.
Sakinin bildirdiyinə görə, onu İcra Hakimiyyətinin arxa tərəfindən içəri salıblar, zalın yanındakı otaqda, şikayətə gələnlərin yanında Ceyhun Musayev “arxa tərəfindən diziylə vurub”, sinəsindən itələyib. Habelə hədələyib və “səninlə sonra danışacam” deyib.
Ürək xəstəsi olan Eldar Musayev deyir ki, o, İcra Hakimiyyətindən çıxaraq DİN-in 102 xidmətinə zəng vurub, icra başçısının müavini tərəfindən döyüldüyünü bildirib. Polislər gəlib və onu maşınla evinə çatdırıb. Evdə E.Musayevin vəziyyəti pisləşib və o, xəstəxanaya zəng vurub. Daha sonra onu xəstəxanaya aparıblar və tibbi yardım göstəriblər. Polislər də xəstəxanada şikayətçinin ifadəsini alıb.
Sonda A.Verdiyev deyir ki, həmin Ceyhun Həsənov Goranboyda oliqarxdır, çoxlu biznes obyektləri var və vəzifəsindən istifadə edib biznesinə “krışalıq” edir.
“Xahiş edirəm onun barəsində tədbir görəsiniz”,-sakin prezidentə müraciətini yekunlaşdırır.(Virtualaz.org)
***
Goranboy Rayon İcra Hakimiyyəti sözügedən iddia ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir:
“13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus, rayonun Aşağı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oğlunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam oğlunun torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına qəti etiraz ediblər. Onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilib. Lakin, onlar bununla razılaşmayıb, qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər ediblər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH qanuni iş rejimini pozmaga cəhd ediblər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumat üçün bildiririk ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildiriblər. Qeyd edirik ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılıb və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilib.
Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən qəbul edilib, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilib, məsələnin aidiyyəti dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildiriib. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün RİH tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunub.
Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkin. Bundan başqa, sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyəti üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır”.
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...