Mikayıl Cabbarov yeni kadrları kollektivə təqdim etdi: "Dövlət başçısının etimadını doğrultmalısınız"

img

16-05-2020 [17:05]


İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə rəhbərlik etdiyi qurum dövlət xidmətlərinə yeni təyin edilmiş rəhbər kadrları qurumların kollektivinə təqdim edib.

Mia.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, nazir ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri vurğulayaraq, xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib və bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğultmalıdırlar.

Xatırladaq ki, ölkə prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR