Bu gecə Ramazan ayının üçüncü Əhya gecəsi olacaq

img

16-05-2020 [13:45]


Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə təsadüf edib.

Bu gün - Ramazanın 22-ci günü isə üçüncü Qədr gecəsidir.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA