Ceyhun Bayramov iki şöbə müdirini vəzifədən çıxardı - Təhsil sistemində növbəti dəyişiklik 

img

16-05-2020 [13:33]


Təshil naziri Ceyhun Bayramov iki rayonun Təhsil şöbə müdirlərini vəzifələrindən azad edib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, dünən nazir Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Mamedovu vəzifəsindən azad edib, Saatlı rayon Təhsil şöbəsinin müdiri Seyidağa Kazımovu isə yaş həddi ilə bağlı təqaüdə göndərib.

Məlumata görə, hələlik həmin vəzifələrə təyinat olmayıb.

Xatırladaq ki, Səxavət Mamedov 2016-cı ilin aprel ayından Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəziəsində işləyib.

Seyidağa Kazımov isə 1 aprel 2016-ci ildə Saatlı Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA