"Kitabxana və idman oyunlarının bərpası hələ mümkün deyil" - Qərargah müzakirə aparıldığını deyir

img

15-05-2020 [18:07]


"Kitabxanalar təhsilin bir hissəsidir. Tədris yoxdursa kitabxanaların açılması da zəruri deyil".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, tədris bərpa olunandan sonra kitabxanalar da açılacaq. 

İbrahim Məmmədov futboldan da danışıb: "İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur.  Ola bilsin, növbəti mərhələlərdə bu aspektlər də aktuallaşsın. Yoluxma aspektləri barədə fikir birliyi tam deyil, ortaq məxrəc olmadığına görə məsələdə konkretlik yoxdur". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA