Azərbaycanlıların yaşadığı kəndə giriş-çıxış bağlandı

img

15-05-2020 [10:16]


Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndinə giriş-çıxış bağlanıb.

Kənd ciddi karantin zonası elan edilib.

Buna səbəb ötən gün kənddə koronavirusa 8 yeni yoluxma halının təsdiq olunmasıdır.

Səhər saat 06:00-dan etibarən Geta kəndi tam təcrid olunub və əhali arasında tibbi müayinə həyata keçirilir.

Ötən gün rayonun Muşevani (Dəllər) kəndində də daha 9 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək Bolnisidə COVID-19-a 139 nəfər yoluxub. Onların 49-u sağalıb, 3-ü isə dünyasını dəyişib, 78 nəfər özünütəcriddə, 69 nəfər isə karantindədir.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə mayın 18-dən etibarən Bolnisidə əlavə karantin qaydaları tətbiq olunacaq/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA