Gürcüstanda daha 15 nəfər koronavirusa yoluxub

img

14-05-2020 [23:27]


Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 15 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da ölkədə yoluxanların sayı 667 nəfərə çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 3873 nəfər karantində saxlanılır, 404 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 383-ü sağalıb, 12-si isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA