Türkiyədə terrorçular ərzaq yardımı paylayanlara hücum edib, 2 nəfər ölüb

img

14-05-2020 [17:24]


PKK terrorçularının Türkiyənin Van əyalətinin Özalp rayonunda “Vəfa” Sosial Yardım Qrupunun əməkdaşlarına hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, hadisə rayonun Eğribelen məhəlləsində ərzaq yardımı paylanarkən baş verib. 

Məlumata görə, bələdiyyənin 2 məsul işçisi və 1 mülki vətəndaşın olduğu avtomobil başqa bir maşından uzun çaplı silahdan atəş tutulub. Nəticədə 2 nəfər ölüb. Onlardan biri bələdiyyə işçisi, digəri isə mülki şəxsdir. 

Yaralanan bələdiyyə işçisi isə xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA