Dövlət Gömrük Komitəsi türkiyəli həkim haqda protokol tərtib etdi

img

14-05-2020 [15:28]


Dövlət Gömrük Komitəsi Bakıda fəaliyyət göstərən türkiyəli həkim, uroloq-androloq Abdullah Arman Özdemir barədə inzibati protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə) maddəsinə əsasən yazılan protokol baxılması üşün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu xətaya görə, az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA