İspaniya əhalisinin 5 faizi koronavirusa yoluxub

img

13-05-2020 [23:12]


İspaniyada 3 milyona yaxın şəxsdə COVID-19 aşkarlanıb.

Bunu Milli Epidemiologiya Mərkəzinin direktoru Marina Polan bəyan edib. Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyi genişmiqyaslı araşdırma aparıb:

“Tədqiqatda 1 426 tibb mərkəzi və 28 laboratoriya iştirak edib. İki həftə davam edən tədqiqatın ilk mərhələsinin nəticələrinə görə yayılma 5 faiz olub”.

Səhiyyə naziri Salvador İlya bildirib ki, müvəqqəti nəticələr ölkənin tibb rəhbərliyinin ilkin fərziyyələrini təsdiqləyib:

“Bunun əsasında İspaniyada sərt karantin tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdi”.

Qeyd edək ki, 2019-cu ilin yekun məlumatına görə İspaniya əhalisinin sayı 47 milyondan çoxdur/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA