Ukraynada qalan 198 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

img

13-05-2020 [18:02]


“11 may tarixində Riqa-Bakı aviareysi ilə Estoniya, Litva və Latviyada olan 52 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 12 may tarixində Moskva-Bakı aviareysi həyata keçirilib və Rusiyada xüsusi təhsil müəssisələrində təhsil alan azərbaycanlı kadetlərin ölkəyə gətirilməsi təmin edilib: “12 may tarixində Minsk-Bakı aviareysi ilə 124 nəfər ölkəyə gətirilib. 14 may tarixində isə Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək”.

H. Hacıyev qeyd edib ki, Rusiya-Azərbaycan quru yolu ilə 540 nəfərdən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA