Azərbaycandan Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi koridor yaradılıb - Hikmət Hacıyev açıqladı

img

13-05-2020 [17:42]


“Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq, mehriban qonşuluq əlaqələri var. Rusiyada olan Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün xüsusi portal yaradılıb və o portalda qeydiyyatdan keçmək mümkündür. Təqribən həftə ərzində 400-450 nəfərin gətirilməsi təmin oluna bilər”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı danışıb.

Bildirib ki, bu günlərdə Azərbaycan ərazisindən Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün xüsusi koridor yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA