3 rəis vəzifədən çıxarıldı - "Azərişıq"da yeni təyinatlar

img

13-05-2020 [17:26]


“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.

Qurumun sədri Vüqar Əhmədovun əmri ilə “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfü Ağayev tutduğu vəzifədən azad edilib.

Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib. 

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Report”a açıqlamasında xəbəri təsdiqləyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA