"ASAN Xidmət"də yeni təyinat oldu 

img

13-05-2020 [16:35]


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN Xidmət") yeni təyinat olub. 

Mia.az "Report"a istinadla xəbər verir ki, Azər Bayramov qurumun sədrinin müşaviri təyin edilib. 

O, bundan əvvəl təxminən 6 ay “AzerTelecom” MMC-nin direktorunun strategiya üzrə müşaviri vəzifəsində, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA