Almaniya Avropa İttifaqı ölkələri ilə sərhədləri "yumşaldacaq"

img

13-05-2020 [15:00]


Almaniya hökuməti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilmiş sərhəd nəzarətini Avropa İttifaqı ölkələri ilə sərhədlərdə yumşaldacaq.

“Report” xəbər verir ki, ölkənin Daxili İşlər naziri Horst Seehofer mayın 16-dan Fransa, İsveçrə, Avstriya sərhədlərində nəzarəti azaldacaqlarını, bu çərçivədə avtomobil zolaqlarının tam açılacağını, yoxlamaların da aparılacağını bildirib.

Nazir Lüksemburqla sərhədlərini şənbə günü, qalan sərhədləri isə tam olaraq iyunun 15-dən açacaqlarını da deyib. O, eyni zamanda, səhiyyə vəziyyətinin yenidən pisləşməsi halında sərhədlərin yenidən bağlanacağı da vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA