Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas etdi

img

13-05-2020 [13:46]


 Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis xilas edib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, mayın 12-də saat 23 radələrində  22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayon ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq intihar etmək istəyib.

Dərhal hadisə yerinə Qazax RPŞ-nin əməkdaşları gələrək onunla profilaktiki söhbətlər aparıb.

Buna baxmayaraq A. Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA