Paşinyan koronavirusla bağlı qorxuya düşdü: "Vəziyyət kəskin pisləşə bilər"

img

13-05-2020 [13:02]


"Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması üzündən koronavirusa yoluxma halları get-gedə çoxalır və vəziyyət daha da pisləşə bilər".

Bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində bildirib.

Hökumət başçısı iqtisadi məhdudiyyətləri tədricən yumşaltmağa başladıqlarından sonra Yerevan küçələrində insan sayısının artdığını, onların sosial məsafə qaydasına əməl etmədiklərini diqqətə çatdırıb:

“Belə getsə, vəziyyət kəskin pisləşəcək, onda biz istər-istəməz yenidən məhdudiyyətlərə qayıtmalı olacağıq”.

Səhiyyə Nazirliyinin mayın 13-nə olan məlumatına görə, Ermənistanda koronavirusa yoluxanlar 3718 nəfər, ölənlər 48 nəfərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA