ABŞ-ın Enerji İnformasiyaları Administrasiyası  Azərbaycanda neft hasilatı üzrə proqnozu azaldıb 

img

13-05-2020 [11:07]


ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu il Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu əvvəlki proqnozdan 40 min barel azaldıb.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə EIA-ın may ayı hesabatında qeyd edilib.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel proqnozlaşdırılır. Bu isə əvvəlki proqnozdan 10 min barel çoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA