Nyu-York ştatında 100 uşaqda COVID-19-la əlaqəli olduğu ehtimal edilən iltihablı xəstəlik üzə çıxıb

img

12-05-2020 [23:10]


ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmuş təxminən 100 uşaq və yeniyetmədə COVID-19-la əlaqəli olduğu ehtimal edilən iltihablı sindrom üzə çıxıb.

"RİA Novosti”nin məlumatına görə, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

"Əvvəlcə biz düşünürdük ki, bu virus uşaqlara yoluxmur. İndi bizi güclü şəkildə narahat edən problemlə mübarizə aparırıq. Bizdə COVID-19-la bağlı olduğu görünən iltihab xəstəliyinin təxminən 100 yoluxma hadisəsi var", - Kuomo deyib.

Daha əvvəl o, qeyd edib ki, ştatda koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihab sindromundan üç uşaq ölüb.

"Biz 5 və 7 yaşlı oğlanları və 18 yaşlı qızı itirdik", - qubernator qeyd edib.

Qubernatorun açıqladığı məlumatlarda bildirilir ki, xəstəliyə yoluxanların 5%-i 1 yaşa qədər körpələr, 18%-i 1-4 yaşlı körpələr, 29%-i 5-9 yaşlı uşaqlar, 28%-i 10-14 yaşlı yeniyetmələr, 16%-i 15-19 yaşlı, 4%-i isə 20-21 yaşlı gənclərdir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA