Vilayət Eyvazovun qarşısına çıxan "plyonka"lı maşın... - Nazir polislərin şəxsi avtomobilləri ilə bağlı sərt tapşırıq verib

img

12-05-2020 [21:12]


Avtomobillərə vurulan plyonka ilə bağlı yeni problem ortaya çıxıb. 

Mia.az Avtosfer.az-a istinadla xəbər verir ki, bu günlərdə bütün şüşələri tünd plyonka ilə örtülmüş avtomobil Daxili İşlər Naziri Vilayət Eyvazovun qarşısına çıxıb.

Hətta ön şüşəsinə belə plyonka vurulmuş avtomobil ilə maraqlanan nazir sürücünün polis əməkdaşı olduğunu öyrənib.

Bundan sonra isə Vilayət Eyvazov bütün polislərin şəxsi avtomobillərindən, ümumiyyətlə, plyonkanı sökməsi ilə bağlı göstəriş verib. 

Hazırda polislər şəxsi maşınlarından plyonkaları sökür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA