"Belə nöqsanlar varsa, o zaman gəlib axtarıb tapacaqlar və..." - İcra başçısından "maaş kartı" ilə bağlı maraqlı açıqlama 

img

12-05-2020 [19:45]


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə keçirdiyi əməliyyatlardan sonra rayonda ictimai işə cəlb edilən şəxslərin maaş kartlarının özlərinə qaytarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. 

Mia.az xəbər verir ki, Müstəqim Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, onun icra başçısı olduğu zamanda Tərtərdə bu cür qanunsuz hallar mövcud ola bilməz:

"Bizim rayonda belə hallar ola bilməz. Heç tarixən də olmayıb. Biz heç zaman kasıbın çörəyinə göz dikməmişik, o qabiliyyətdə olmamışıq. Əgər doğrudan da rayonumuzda belə nöqsanlar varsa, o zaman gəlib axtarıb tapacaqlar və biz də qanun qarşısında cavab verəcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA