Şöbə müdirinin oğlu məktəbin ərazisini necə satın alıb? - Sənədlər + VİDEO

img

12-05-2020 [17:49]


Xaçmaz şəhər 3 saylı orta məktəbin ərazisi satılıb. 

Yenisabah.az xəbər verir ki, bu faktı araşdırmaçı jurnalist Cəmil Məmmədli üzə çıxarıb.

Jurnalistin sözlərinə görə, Xaçmaz bələdiyyəsi məktəbin ərazisini 380 manata Məstəliyev Samir Abbasqulu oğluna satıb. Samir Məstəliyev isə Xaçmazın təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədovanın oğludur. 

Başqa bir fakt isə məktəb binasının təmiri ilə bağlıdır. Məlum olub ki, alayarımçıq təmir edilib. Daha doğrusu, binanın yalnız yola baxan hissəsinə üzlük vurulub. Jurnalistin hazırladığı videosüjeti təqdim edirik.

Xaçmazda məktəb ərazisi satılıb – Alıcı təhsil şöbəsinin müdirinin oğludur + Video

Xaçmazda məktəb ərazisi satılıb – Alıcı təhsil şöbəsinin müdirinin oğludur + Video

Açar sözl

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA