"COVID-19-a qarşı peyvənd hazırlamaq olduqca çətindir” - ÜST

img

12-05-2020 [15:34]


"COVID-19-a qarşı 100-dən çox peyvəndimiz var. Ancaq koronaviruslar çox aldadıcı viruslardır. Bu tip viruslara qarşı peyvənd hazırlamaq olduqca çətindir”.

“Report” DHA-ya istinadən xəbər verir ki, bunu ÜST-nin sözçüsü Marqaret Harris deyib.

“ABŞ və Braziliyada epidemiyanın başlanğıcından bu yana etdiyimiz bütün xəbərdarlıqlar ciddiyə alınmayıb”, - təşkilat sözçüsü əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA