Azərbaycanda olan əcnəbilərin ölkədə qalma müddəti yenidən uzadıldı - Rüsum tələb olunmayacaq

img

12-05-2020 [13:55]


Azərbaycanda olan əcnəbilərin ölkədə qalma müddəti yenidən uzadıldı. 

Mia.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial çəbədəki hesabında yazıb.

Bildirib ki, ölkədə olma müddəti (90 gün) bitən və müvafiq dövlət rüsumu ödəməklə müddəti 60 gün uzadılmış şəxslərin ölkədə olma müddəti dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət aradan qaldırılanadək heç bir müraciət olmadan, əlavə dövlət rüsumu ödənilmədən uzadılır: "Sərhədlərdə hərəkət bərpa olunduqdan sonra ölkə ərazisində olma, tərk edilməsi müddətləri və qaydası barədə əlavə məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA