"İndi bu ağrılardan ölərəmsə, kim məsuliyyət daşıyacaq?" - Şəmkirli qaynaqçı ölkə rəhbərliyindən kömək istəyir

img

11-05-2020 [17:39]


Şəmkir rayonu Təzəkənd kəndinin sakini Əliyev Tariyel Cəlal oglu tərəfindən Prezident Administasiyası ilə Baş Nazirə şikayət məktubu ünvanlanıb.

Mia.az-a daxil olan şikayət məktubunda Taryel Əliyev yazır ki, artıq ahıl yaşınaddır və uzun illər qaz təsərrüfatı sahəsində qaynaqçı işləyib: "Bununla bağlı səhhətimdə ciddi problemlər yaranıb. Prostatin adenomasiyasından əziyyət cəkirəm, dözülməz ağırılarım var. Təcili əməliyyat olunmalıyam. Bununla bağlı  yaşadğım rayon üzrə mutəxəssisə muraciət etdim. Deyildi ki, açıq əməliyyat olmaz, mütləq lazerlə olmalıdır. Lakin lazer əməliyyatına maddi imkanım yoxdur".

Şikayətçi yazır ki, o, ötən ilin sonunda Səhiyyə Nazirliyinə müraciət edib: "O nazirlikdən kömək istədim. 3 ay süründürdükdən sonra cavab verildi ki, bəs aprel ayında Şəmkir rayonunda icbari sığorta tətbiq olunacaq, o zaman gələrsən. İndisə may ayıdır, ancaq ortada heç nə yoxdur. Mənə isə heç bir cavab verilmir. Yaşadığım ünvan üzrə Baş Səhiyyə idarəsindən də deyirlər ki, indi başalrı koronavirusa qarışıb. O virus bitənə kimi döz.

Necə dözüm axı? İndi mən bu ağrılardan ölərəmsə, kim məsuliyyət daşıyacaq?".

Şikayətçi ölkə rəhbərliyindən üzləşdiyi problemə təcili müdaxilə olunmasını xahiş edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA