Saakaşvilidən Tbilisiyə xəbərdarlıq "Əgər Ukrayna ilə münasibətlərə kölgə salınarsa, gürcülər acından öləcək"

img

11-05-2020 [16:27]


Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Milli Şurasının İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Kiyev və Tbilisi arasındakı münasibətlərin pisləşəcəyi təqdirdə gürcü xalqının aclıq təhlükəsi ilə üz-üzə qalacağını bildirib.

"Mtavari Arxi” telekanalındakı çıxışında o, Gürcüstanın daha çox Ukraynaya ehtiyacı olduğunu deyib.

Siyasətçinin sözlərinə görə, gürcülərin mağazalardan aldığı dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

“Ukrayna bizim əsas hasilat bazarımızdır. Ukrayna ilə münasibətlərə kölgə salmaq faciəvi olacaq və sabah Gürcüstanda insanlar acından öləcək”, - deyə Saakaşvili bildirib/Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA