Türkiyə Mili Kəşfiyyat Təşkilatı Keniyada qaçırılan qadını xilas etdi - FOTO

img

11-05-2020 [10:27]


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Keniyadan qaçırılaraq Somaliyə aparılan İtaliya vətəndaşını xilas edib.

Bu barədə məlumatı “Anadolu” yayıb.

Məlumata görə, 2018-ci ilin noyabr ayında Keniyanın Çakama bölgəsindən Somaliyə qaçırılan 25 yaşlı italiyalı Silvia Konstanzo Romano üçün İtaliya rəsmiləri Türkiyə kəşfiyyatına müraciət edib.

Bununla əlaqədar MİT hələ ötən ilin dekabr ayında araşdırmalara başlayıb. MİT bölgədəki yerli kəşfiyyat şəbəkəsi vasitəsilə öncə S.K.Romanonun sağ olduğunu müəyyənləşdirib.

Somali və İtaliyanın müvafiq qurumları ilə koordinasiyalı aparılan araşdırma sonucunda MİT tərəfindən xilas edilən S.K.Romano paytaxt Moqadişoda italiyalı rəsmilərə təhvil verilib.

Bu hadisə İtaliya mətbuatında Türkiyənin bölgədə güclü təsirə malik olmasını yenidən aktuallaşdırıb.

Türkiyə kəşfiyyat əməkdaşlarının italyan qadına geyindirdiyi göytürkcə “türk” yazılı bədən zirehi də diqqət çəkib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA