Misirdə qarşıdurma: 44 ölü,240 yaralı

img

07-10-2013 [10:48]


Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında qarşıdurmalar bazar günüdə davam edib. Baş verən qanlı qarşıdurmalar zamanı 44 nəfər həyatını itirib, 240-yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə rəsmi məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. Ölüm faktlarının 40-ı Qahirədə baş verən toqquşmalarda qeydə alınıb.

Qeyd edək ki, Misirdə baş verən qanlı toqquşmalar ölkənin sabiq prezidenti Məhəmməd Mursi ilə onu tutduğu vəzifədən devirən general Əbdülfəttah Əl Sisinin tərəfdarları arasında baş verir. Misir Daxili İşlər Nazirliyi toqquşmalarda 423 Mursi tərəfdarının saxlanıldığını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA