Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

img

09-05-2020 [23:52]


Fransa parlamenti koronavirusla bağlı vəziyyətə görə səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin 10 iyula qədər uzadılması haqqında qanun layihəsini qəbul edib.

Bununla bağlı Milli Məclisin “Twitter”dəki səhifəsində bildirilir.

"Qarışıq paritet komissiyasında deputatlar və senatorlar arasında hazırlanmış razılaşmadan sonra Milli Məclis (parlament aşağı palatası) səhiyyə sahəsində fövqəladə vəziyyəti uzadan qanun layihəsini qəbul etdi”, - Milli Məclisin “Twitter” səhifəsində qeyd edilir.

Fövqəladə sanitar vəziyyət haqqında qanun martın 24-də qüvvəyə minib. Bu rejim iki ay müddətinə - 24 maya qədər tətbiq olunmuşdu.

Qanun layihəsi bundan əvvəl Fransa Senatında bəyənilib.

Son məlumatlara görə, Fransada koronavirus qurbanlarının sayı 26,3 min nəfəri ötüb. Hazırda xəstəxanalarda koronavirusa yoluxmuş 22 614 insan müalicə edilir, onlardan 2 812 nəfəri reanimasiya şöbələrinə yerləşdirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA