İri ticarət mərkəzləri və kafelər nə vaxt açılacaq? - Rəsmi anons verildi

img

09-05-2020 [18:12]


“Bütün qaydalara əməl olunsa, heç bir kafedə, restoranda və digər ictimai iaşə müəssisələrində heç bir yoluxma halları olmaz”.

Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, qaydalara riayət olunmasa, “ikinci dalğa” çox sərt şəkildə ola bilər: "Ona görə də hər bir kəs öz fərdi məsuliyyətini dərk etməli və bütün qaydalara riayət etməlidir. Əlbəttə, böyük ticarət mərkəzlərinin açılması gündəmdədir. Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla iri ticarət mərkəzləri bu ayın sonuna qədər açıla bilər. Amma açılsa iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti qadağan oluna bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA