"Hər bir vətəndaşımız bilməlidir ki, tibbi maskadan istifadə məcburidir" - TƏBİB

img

09-05-2020 [17:32]


"Hər bir vətəndaşımız bilməlidir ki, tibbi maskadan istifadə məcburidir. Hər birimiz qaydalara riayət etməliyik”.

Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib:

“Masaklardan istifadənin məcburi olması tibbi maskaya tələbatın artmasına gətirib çıxara bilər, amma Azərbaycanda bununla bağlı problem yoxdur. Güman etmirik ki, maska qıtlığı yaransın, amma qıtlıq olsa belə bu bəhanə olmamalıdır. Ev şəraitində parçalardan da maska hazırlamaq mümkündür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA