Video materialın hazırlanması üzrə xidmət üçün Qiymət Təklifi Sorğusu elan olundu

img

09-05-2020 [16:04]


Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və həyata keçirdiyi “Genderə həssas DİM və indikatorlarının implementasiyasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri tərəfindən icra olunan “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs çərçivəsində video-hesabat çəkilişi işlərinin satın alınmasını həyata keçirir.

Bu barədə qurumdan Mia.az-a verilən məlumata görə, video-çarx aşağıdakı parametrlərə cavab verməlidir:

· Xronometraj: minumum-4-5 dəqiqə

· Rəngli

· HD keyfiyyət

· Təsvir keyfiyyəti: 1280 x 720 (16×9 HD)

· Kodek-264, MPEG-2 və yaxud MPEG-4.

· Diskretizasiya tezliyi- 44,1 кГц

· Konteyner- MPEGTS

· Kadrların dəyişməsi tezliyi-saniyədə 24-25 kadr

· Xidmət ekspertləri ilə birlikdə ssenari ideyalarının verilməsi, ssenari hazırlanması və rejissor dəyərləndirilməsinin aparılması, quruluş verilməsi

· Müasir qrafik dizayn,

Video-çarx “Qadınların Səsinin Aşkarlanması” adlı təşəbbüs çərçivəsində görülən işlər və əldə edilən nəticələr barədə geniş auditoriyanın məlumatlandırılması məqsədilə çəkilir.

Hüquqi və fiziki şəxslər öz təkliflərini 15 may 2020-ci il tarixə qədər [email protected] elektron ünvanına göndərə bilərlər. Qiymət Təklifi Sorğusunda iştirak etmək üçün ən azı 1 il müvafiq sahədə təcrübə tələb olunur.

Video-çarx müqavilə bağlandığı tarixdən 15 gün müddətinədək ilkin versiyada təqdim olunmalıdır. 20 may 2020-ci il tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək.

Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət təklifləri malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömürük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR