Faşizm üzərində qələbədə payı olan Azərbaycan övladları... - FOTOLAR
09-05-2020 [12:25]
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir.
Bu qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur, çünki azərbaycanlıların bu qələbədə böyük payı var.
Faşizm üzərində qələbəyə qədər müharibədə iştirak edən azərbaycanılardan biri də Həsənəliyev Ramazan İmran oğludur.
O, 1923-cü ildə Qubadli rayonu, Müğanlı kəndində dünyaya gəlib.
1941-ci il iyun ayında Böyük Vətən müharibəsi başlayanda əvvəlcə böyük qardaşı Həsənəliyev İbrahimxəlil müharibəyə yollanıb. Bir neçə ay sonra qardaşı Ramazan Həsənəliyev də onun ardınca müharibəyə yollanıb. Həsənəliyev İbrahimxəlil 1943 cü ildə qəhrəmancasına həlak olub. Ramazan Həsənəliyev 1945-ci ilə müharibə başa çatana qədər qarın soyuğuna, müharibənin qanlı-qadalı günlərinə baxmayaraq vuruşub Berlinə qədər gedib çıxıb.
Faşizm üzərində qələbə qazanıldıqdan sonra doğma kəndinə qayıdıb.
R.Həsənəliyev müharibədən sonrakı dövrlərdə də aktiv həyat sürüb. O, öncə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olur. Universiteti bitirdikdən sonra yenə doğma kəndinə qayıdır və müəllim kimi fəaliyyətə başlayır. O, tədris prosesində xüsusi qabiliyyəti ilə seçilib, müxtəlif vəzifələrdə, məktəb direktorunun müavini, direktor kimi çalışıb.
Ömrü böyu ictimai-siyasi aktiv şəxs olub, rayonun sayılıb seçilən ziyalılarından olub. 1993-cü ilin mayın 1-də 70 yaşında dünyasını dəyişib. Ramazan Həsənəliyev dünyasını dəyişdiyi günə qədər Ulu Öndərin hakimiyyətə gəlməsini ən çox istəyənlərdən və səy göstərənlərdən biri olmuşdur.
Bu gün də bu onun nəticəsidir ki, Ramazan Həsənəliyevin övladları hətta nəvələri belə Ulu Öndərin varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini bəyənir və dəstəkləyir.
Ramazan Həsənəliyevin səkkiz övladı üç oğlu, beş qızı olub. Bütün övladları Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alıblar. Onlar müxtəlif dövlət müəssisələrində çalışaraq, ataları kimi aktiv fəaliyyət göstəriblər.
Oğlu Həsənəliyev Nazim Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsini, sonra Saratov ali partiya məktəbini bitirib. Uzun illər müxtəlif dövlət müəssisələrində, Dövlət Gömrük Komitəsində çalışıb. 2000-ci ildə dünyasını dəyişib.
Digər oğlu Həsənəliyev Babaxan 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 1993-cü ildə həmin universiteti Əhməd Cavad təqaüdü ilə bitirib. Həmin dövrdən də prokurorluq orqanlarında çalışır.
Digər övladı Əfqan Həsənəliyev orta məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarında xidmət etmiş. Sonradan Dzerjinzkiy adına SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbinə daxil olub və həmin təhsil müəssisəni bitirdikdən sonra öz vətəninə Azərbaycana qayıdıb. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Dövlət Təklükəsizlik Komitəsində müxtəlif vəzifələrdə çalışmış, bütün dövrlərdə dövlətə, dövlətçiliyə sadiq olub.
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib