Tramp koronavirusa görə yenə Çini ittiham etdi: "Kimsə axmaq olub, onlar dəhşətli səhv ediblər"

img

08-05-2020 [00:27]


ABŞ prezidenti Donald Tramp güman edir ki, COVID-19 pandemiyası Çin Xalq Respublikasında səriştəsizliyə görə başlayıb.

Bu barədə RİA “Novosti” xəbər verir.

"Nəsə oldu. Ya da onlar dəhşətli səhv etdilər. Ehtimal ki, bu, səriştəsizlik idi. Kimsə axmaq olub. Onlar işi necə lazımdırsa, elə etmədilər. Çox təəssüf", - Tramp Ağ Evdə jurnalistlərə deyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Amma xəstələrin və ölənlərin sayı üzrə ən çox zərərçəkən ölkə ABŞ-dır.

Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA