Türkiyədən Azərbaycana gətirilən daha 212 nəfər karantinə alındı - FOTO

img

07-05-2020 [20:45]


Bu gün  Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib. 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən  Mia.az-a verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib: "Həmin reysdə 169 nəfər həmvətənlimiz olub".

Məlumata görə, ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib: "Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA