Neft yenidən bahalaşmağa başlayıb

img

07-05-2020 [14:08]


Dünya bazarında xam neftin qiymətləri günə azalma ilə başladıqdan sonra günorta saatlarına doğru sürətlə artmaqdadır.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,34% artaraq 31,01 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5,92% artaraq 25,41 ABŞ dolları olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA