Azərbaycan banklarının dollara tələbi azalıb

img

07-05-2020 [13:37]


Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb mayın 5-nə nisbətən 6,4 milyon ABŞ dolları və yaxud təxminən 10,2% azalaraq 56,5 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR