Kvemo Kartlidə koronavirusa yeni yoluxma halları olmayıb

img

07-05-2020 [13:16]


Kvemo Kartlidə koronavirusa yeni yoluxma halları təsdiqlənməyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgənin qubernatoru Şota Rexviaşvili məlumat verib.

O deyib ki, ötən gün epidemioloqlar Bolnisi və Marneuli rayonlarında intensiv tibbi yoxlama həyata keçiriblər: “Marneulidə koronavirusla bağlı test olunan 303, Bolnisidə isə 35 nəfərdə virus aşkarlanmayıb”.

Qeyd edək ki, indiyədək Kvemo Kartlidə koronavirusa 198 nəfər yoluxub. Gürcüstan üzrə COVID-19-a ümumi yoluxma hallarının 33%-i bu bölgənin payına düşür.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA