Azərbaycanın xüsusi təyinatlı bölmələri belə təlim keçir - VİDEO

img

07-05-2020 [12:14]


Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar şərti düşmən müdafiəsinin dərinliyində pusqu quraraq həmlə üçün əlverişli məqamda onun komanda məntəqəsi və hərbi təyinatlı obyektinin ələ keçirilməsi fəaliyyətini məşq ediblər. 

Əsas diqqət gizli hərəkətin təşkili və şərti düşmənin diversiya-kəşfiyyat qruplarının məhv edilməsinə yönəldilib.

Sonra xüsusi təyinatlılar əlbəyaxa döyüş elementlərinin tətbiqi ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA