ABŞ ÜST-ə alternativ təşkilat yarada bilər: "Bu quurmun yüz milyonlarla dollar alması qəbuledilməzdir”

img

07-05-2020 [10:39]


ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun yayılmasının öhdəsindən gələ bilmədiyi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ qurum yaradacaqlarını istisna etməyib.

Bu barədə “Fox Business” məlumat yayıb.

Jurnalist Pompeodan Ağ Evin ÜST-yə analoq yaradıb-yaratmayacağını soruşub. Dövlət katibi də buna konkret cavabdan yayınsa da, bu ehtimalı istisna etməyib.

Pompeonun sözlərinə görə, hazırda ABŞ Prezident Administrasiyası hansı addımın daha yaxşı olacağını nəzərdən keçirir. O, Donald Trampın onların qarşılarına ÜST-nin yenidən uğursuzluğa düçar olmasının qarşısını almaq kimi konkret məqsəq qoyduğunu açıqlayıb.

“Vəzifələrini yerinə yetirmədiyi təqdirdə, ÜST-nin yüz milyonlarla ABŞ dolları alması qəbuledilməzdir”, - ABŞ dövlət katibi deyib.

Qeyd edək ki, daha əvvəl Tramp koronavirusun yayılmasına görə ÜST-ni ittiham etmiş və quruma maliyyə yardımının dayandırıldığını açıqlamışdı/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA