"Bəzi tibb işçiləri və rəhbər şəxslər əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşür" - Agentlik rəsmisi

img

06-05-2020 [17:44]


"Bəzi tibb işçiləri və tibb müəssisələrinin rəhbərləri əmək haqlarına əlavə artım məsələsini yanlış başa düşür".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, mart ayı üçün 9 483 tibb işçisi, 1 043 qeyri-tibb işçisinə əlavələr ödənilib:

"Bu da 6 milyon manatdan çox vəsait deməkdir. Hələ də bizə siyahılar daxil olur. 10 mindən çox tibb işçisi əlavə artımlar alıb"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA