Çin pandemiya ilə bağlı Azərbaycana protokollar göndərib

img

06-05-2020 [17:28]


Pandemiya Çindən yayıldığından ilk gündən onlar səfirlik vasitəsilə bütün ölkələrə, eləcə də Azərbaycana protokollar göndərmişdi. Xaricdə hansı müalicə metodu tətbiq olunursa, ölkəmizdə həmin üsullar həyata keçirilir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, koronavirus nəticəsi neqativ çıxan şəxslərə sms göndərilməsi ilə bağlı test mərhələsi icra olunub: "Amma müəyyən texniki problemlər səbəbindən yubanma olmuşdu. Mövcud problem aradan qaldırılır və yaxın zamanlarda smslərin göndərilməsinə başlanılacaq".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA