"Hansı bölgədə daha çox yoluxma olduğunu deyə bilmərəm" - TƏBİB rəsmisi

img

05-05-2020 [18:31]


"Bu gün koronavirusa yeni yoluxma sayı 76-dır. Amma burada hansı bölgədə daha çox yoluxma olduğunu deyə bilmərəm".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, yoluxma həm Bakıda, həm də regionlarda qeydə alınıb: "Qeyd edim ki, yoluxma daha çox "narıncı" adlandırdığımız yerlərdə olub. Əgər "narıncı" zonaya aid hansısa yerdə azalma olarsa, "sarı" zonaya daxil ediləcək. Ya da əksinə, "sarı" zona adlandırdığımız bölgələrdə də yenidən virusa yoluxma statistikası artarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA