Qadın futbolçu ABŞ-ın vitse-prezidenti olmaq istəyir

img

05-05-2020 [17:57]


ABŞ millisinin qadın futbolçusu Meqan Rapino ölkənin vitse-prezidenti vəzifəsinə keçməyə razı olduğunu bildirib. 

"Sports Illustrated" xəbər verir ki, yerli "Reyn" klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi Demokrat Partiyasından Co Baydenin ölkəyə rəhbərlik edəcəyi təqdirdə bu addımı atacağını açıqlayıb. 

O, yeni vəzifədə futbol oynayaraq da çalışmasının mümkünlüyünü söyləyib: "Sadəcə, demək istəyirəm ki, sizə vitse-prezident lazımdırsa, mən söhbətə hazıram. Detalları müzakirə edə bilərik. Siyahınıza əlavə edə bilərsiniz - deyə oyunçu siyasətçi və onun xanımı ilə "Instagram"da canlı yayım zamanı vurğulayıb. 

Qeyd edək ki, daha öncə ABŞ-ın futbol üzrə qadınlardan ibarət millisinin yerli federasiyaya qarşı qeyri-bərabər maaşla bağlı iddiası rədd olunub/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA