“Ölkəmizi pandemiya müsibətindən qurtaracağıq” - Ərdoğan

img

05-05-2020 [17:08]


“Ölkəmizi pandemiya müsibətindən qurtaracağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Millətimizin verdiyi dəstək ən böyük güc mənbəyimizdir. Yanımızda olan xalqımızdan bir müddət daha bu həssaslığını davam etdirməsini gözləyirik”, - deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğanın sözlərinə görə, may ayında yumşalma tədbirlərindən sonra vətəndaşların qaydalara əməl edəcəklərinə ümid edirlər.

“Əks təqdirdə tədbirləri yenidən sərtləşdirmək məcburiyyətində qala bilərik. Pandemiyanı nə qədər tez məğlub etsək, normal həyata o qədər tez qayıdacağıq. Pandemiyanın öhdəsindən gəlmək bizim öz əlimizdədir”, - deyə Türkiyə Prezidenti vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA