Britaniyada nazir istefa verib

img

04-05-2020 [16:35]


Britaniyada nazir istefa verib.

APA-nın Böyük Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, Beynəlxalq ticarət üzrə dövlət naziri Conor Burns istefasını açıqlayıb. Buna səbəb nazirin atasının maliyyə ilə bağlı münaqişəsi olan şəxsə hədə-qorxu gəlməyə cəhd göstərməsidir. O, həmin şəxsə atası ilə bağlı məsələni İcmalar Palatasında qaldıracağını, bu xoşagəlməz təcrübəni yaşamamaq üçünsə atasına ödənişin edilməsini yazıb. 

Conor Burnsun öz vəzifəsindən sui-istifadə etməsinin üstünün açılmasından sonra o, dərin təəssüf hissi ilə istefa verdiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA