İspaniyada koronavirusdan ölənlərin sayı 25 428-ə yüksəldi

img

04-05-2020 [14:45]


İspaniyada ötən sutka ərzində daha 164 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 428-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı isə 217 466-dan 218 011 nəfərə yüksəlib.

Xatırladaqki, koronavirusinfeksiyası ötənilindekabrında ÇininUhan şəhərində yayılmağabaşlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 580 000-i ötüb. Bunların 1 159 219nəfəri sağalıb, 248452nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA