Müəllimlərlə onlayn müsahibələrə start verilib

img

04-05-2020 [11:09]


Bu gündən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə onlayn müsahibələrə start verilib.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon (şəhər) məktəblərində çalışan müəllimlərlə də müsahibələr başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA