Lənkəranda partlayış oldu, ölən və xəsarət alan var - FOTO

img

03-05-2020 [23:17]


Lənkəranda qaynaq işi zamanı baş verən partlayışda bir nəfər ölüb, daha bir nəfər ağır yanıq xəsarəti alıb.

Hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsindəki avtomobil təkərlərinin təmiri sexində qaynaqçı işləyən Liman şəhəri, H.Aslanov küçəsi 163 a ünvanında yaşayan Anar Ağamusa oğlu Ağakişiyev TIR yük avtomaşınının təkərini təmir etmək istəyərkən ehtiyatsızlıq edib. Nəticədə güclü partlayış baş verib. Partlayışın zərbəsi A.Ağakişiyevi bir neçə metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

 

A.Ağakişiyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. 

A.Ağakişiyevin yanında köməkçi qismində işləyən qonşusu, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə zamanı ciddi xəsarətlər alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya travmatik şok və yanıq şoku diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA